Moskva Ermənistan rəhbərliyinin verdiyi son bəyanatlardan olduqca narazıdır, onları qəbuledilməz hesab edir və burada məsuliyyəti Rusiyanın üzərinə atmaq cəhdini görür. Bunu Rusiyanın dplomatik mənbəyi deyib.
“Moskva Ermənistan rəhbərliyinin son ictimai bəyanatlarından, o cümlədən Ermənistanın baş nazirinin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədən və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır və İrəvanın öz yanlış hesablamalarına və səhvlərinə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq məqsədilə verdiyi bu bəyanatları tərzi və məzmunu etibarilə qəbuledilməz hesab edir”, - deyə mənbə qeyd edib.
O vurğulayıb ki, Moskva Ermənistanla münasibətləri bir ölkənin digərindən “asılılığı” kimi yox, bərabərhüquqlu əməkdaşlıq kimi qiymətləndirir.
Mənbə əmindir ki, “İrəvandan istifadə edərək Rusiyanı süni şəkildə Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışırlar. “Ermənistanın ən yaxın dostu və qonşusu olan Rusiya regionu tərk etmək niyyətində deyil. Lakin bu, “ikitərəfli hərəkəti olan küçə olmalıdır”, - deyə o vurğulayıb.
Agentliyin müsahibinin sözlərinə görə, Ermənistan tərəfinin Qarabağ münaqişəsinin heç vaxt Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsi olmaması ilə bağlı irəli sürdüyü tezis yanlışdır. “2020-ci ilin payızında baş vermiş silahlı qarşıdurma bir çox hallarda Ermənistan rəhbərliyinin düşünülməmiş və təxribatçı addımlarının nəticəsi idi”, - deyə mənbə bildirib.
“Ermənistan ilə Azərbaycan arasında ziddiyyətlərin nizama salınmasının əsas yolu ən yüksək səviyyədə üçtərəfli razılaşmaların həyata keçirilməsidir və bu prosesin qəbuledilməz şəkildə yubadılması heç də Rusiyanın təqsiri üzündən baş verməyib”, - deyə mənbə vurğulayıb.
Mənbə hesab edir ki, İrəvan, həmçinin KTMT-nin potensialından da tam istifadə etmir və bu, xüsusilə təşkilatın missiyasının yerləşdirilməsinə razılıq verməkdən imtina etməkdə və səmərəsiz Aİ missiyasının xeyrinə seçim etməkdə özünü göstərib.
Mənbənin xatırlatdığı kimi, Ermənistan tərəfi “Qarabağ Ermənistandır” bəyanatlarından Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına doğru 180 dərəcə dönüş edib. “Bu, 9 noyabr 2020-ci il tarixli razılaşmaların şərtlərini kəskin şəkildə dəyişdi və Qarabağdakı Rusiya sülhməramlı kontingentinin işini maksimum çətinləşdirdi”, – deyə agentliyin müsahibi qeyd edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət