Xarici işlər naziri Ceyhun Bayramov Bakının Azərbaycan qazının Macarıstana ixrac həcmini artırmağı planlaşdırdığını bildirib.
“Görüşdə (sentyabrın 4-də Budapeştdə) həmkarım Peter Siyarto bildirdi ki, Azərbaycan qazı artıq Macarıstana daxil olmağa başlayıb. Biz tədarükün həcmini artırmağı planlaşdırırıq”, - deyə Bayramov Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və “Madyar Demokrata” macar nəşrinə müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi bildirir ki, beləliklə, Aİ-nin 5 ölkəsi – İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstan Azərbaycandan qaz alır.
“Bir sıra digər ölkələr də maraq göstərib və qoşulmaq istədiklərini bildiriblər. Xüsusən, bu ilin aprelində Azərbaycan, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiyanın energetika şirkətləri “həmrəylik halqası” adlanan saziş imzaladılar. Bu sənədin imzalanmasında məqsəd Avropanın daxili qaz interkonnektorlarının Cənub Qaz Dəhlizi ilə nəql edilən qazın həcminin artırılması üçün istifadə olunmasıdır. Gördüyünüz kimi, planlar böyükdür. Avropa 2027-ci ildə bizdən 20 milyard kubmetr qaz almağı gözləyir. Hazırkı dinamika bizə bu məqsədə çatmağa imkan verir. Ən başlanğıcda Azərbaycan 8 milyard kubmetr qaz tədarük edirdi. Artıq ötən il bu, 11,4 milyard kubmetrə çatıb, cari ildə isə 12,5 milyard kubmetr olacaq. Bu, təkcə Avropa İttifaqı üçündür. Aİ ilə yanaşı Azərbaycan Gürcüstana əsas və ən iri bazarlardan olan Türkiyəyə böyük təbii qaz tədarükçüsüdür”, - deyə nazir əlavə edib.
O vurğulayıb ki, Azərbaycan Macarıstana neft və qazla yanaşı, həmçinin yaşıl enerji də tədarük etməyi planlaşdırır. “2022-ci il iyunun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”, həmin ilin dekabrın 17-də isə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Beləliklə, yaşıl elektrik enerjisi Azərbaycan ilə Macarıstan arasında energetika sahəsində əməkdaşlığın daha bir seqmentidir. Lakin eyni zamanda, qeyd etmək istərdim ki, söylənənlərin hamısı ədalətli şəkildə bütün Avropa İttifaqına aid ediləcək, çünki uzun illər ərzində adı çəkilən seqmentlər – neft, 2020-ci ildən etibarən qaz və habelə perspektivdə yaşıl elektrik enerjisi olmaqla, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olaraq qalır”, - deyə XİN başçısı əlavə edib.
Xəbər verildiyi kimi, Azərbaycan 2023-cü ilin IV rübündə Macarıstana qaz ixracına (100 milyon kubmetr) başlayacaq. Bundan başqa, Macarıstan qaz anbarları üçün 50 milyon kubmetr qaz alacaq. Həmçinin Bakı və Budapeşt arasında Azərbaycan qazının Macarıstana tədarük həcminin ildə 1 milyard kubmetrə çatdırılması ilə bağlı razılaşma əldə olunub.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət