Ermənistanın və onun lobbiçilərinin ABŞ Konqresində Qarabağda saxta “humanitar böhran” ətrafında hay-küy yaratmaq cəhdləri tamamilə iflasa uğrayır. Bunu ABŞ-da yaşayan politoloq Ramiz Yunus deyib.
“Ermənistanın və onun lobbiçilərinin ABŞ Konqresində Qarabağda saxta “humanitar böhran” ətrafında hay-küy yaratmaq cəhdləri tamamilə iflasa uğrayır. Dövlət Departamenti bu gün ABŞ Konqresində keçirilən dinləmələrə nümayişkaranə şəkildə məhəl qoymayıb və bununla da ABŞ dövlət katibinin təşəbbüskarı olduğu və şəxsən himayə etdiyi Azərbaycanla Ermənistan arasında onsuz da mürəkkəb olan danışıqları pozmaq istəməyib”, - deyə o, “Facebook” səhifəsində yazıb.
Politoloq qeyd edib ki, “biz rəsmi Vaşinqtonun analoji möveyini bu yaxınlarda ABŞ-ın sədrliyi ilə keçirilmiş BMT Təhlükəsizlik Şurasının iclasında (avqustun 16-da - İF) da gördük”.
“Təəssüf ki, həm Ermənistanda, həm də onların ABŞ və Avropadakı lobbiçiləri arasında bir faktı heç cür anlaya və qəbul edə bilmirlər ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında münaqişədə status-kvo tamamilə dəyişib və bu gün rəsmi Bakının mövqeyi gündən-günə daha da güclənir, çünki Qarabağı həmişə Azərbaycanın bir hissəsi kimi tanıyan beynəlxalq hüquqa müharibədə qələbə, NATO standartlarına uyğun güclü Azərbaycan Ordusunun mövcud olması, Türkiyə, Pakistan və İsrail kimi etibarlı müttəfiqlər, eləcə də Rusiyanın Ukraynaya təcavüzü ilə güclənən siyasi konyunktura kimi güclü arqumentlər əlavə olunub”, - deyə o vurğulayıb.
Yunus hesab edir ki, “Azərbaycana bu cür üsullarla təzyiq göstərmək faydasızdır”. “Həm ermənilərin özləri, həm də onların ABŞ və Avropadakı lobbiçiləri bunu nə qədər tez dərk etsələr, Azərbaycanla Ermənistan arasında və bütövlükdə Cənubi Qafqaz regionunda sülh bir o qədər tez bərqərar olacaq ki, Vaşinqton və Brüssel də bunda maraqlıdır”, - deyə o qeyd edib.
Politoloq əlavə edib ki, Qarabağda çoxillik erməni separatizmi mövzusu yavaş-yavaş, lakin dəqiqliklə finiş xəttinə yaxınlaşır. “Azərbaycanın həll etməli olduğu yalnız bir məsələ qalıb - Qarabağ ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrini tərksilah etmək. Onlar ya Qarabağ ərazisini dinc şəkildə tərk edəcəklər, ya da çox tezliklə Azərbaycan beynəlxalq hüquqa və BMT TŞ-nin 4 qətnaməsinə uyğun olaraq onlara qarşı antiterror əməliyyatına başlayacaq. Aristotelin dediyi kimi: “Тertium non datur”, yəni “üçüncüsü verilmir”, - deyə Yunus vurğulayıb.*
R.Əhmədov
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət