2023-cü ilin avqust ayında Azərbaycanda deflyasiya 0,4% (iyulda 0,7%) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Avqust ayında deflyasiya 0,4% təşkil edib. Ərzaq məhsulları və içkilərin qiymətləri 0,9% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri dəyişməyib, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,1% bahalaşıb”, - Komitədən bildirilir.
2022-ci ilin avqust ayı ilə müqayisədə 2023-cü ilin avqust ayında inflyasiya 8% təşkil edib. 2023-cü ilin avqust ayında ərzaq məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,4%, qeyri-ərzaq malları 8,3%, xidmətlər 8,9% bahalaşıb.
Statistik məlumatlara əsasən, avqustda ət və ət məhsulları 0,6%, tütün məmulatları 2%, süd və süd məhsulları 0,1%, qənd, cem, bal, şokolad və konfetlər 0,2%, çay, qəhvə, kakao 0,3%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,8%, spirtli içkilər 0,3% bahalaşıb.
Avqust ayında çörək, çörək məmulatları və yarmalar 0,4%, balıq və balıq məhsulları 1,7%, yumurta 7,6%, kərə və bitki yağları 0,6%, meyvələr 1,5%, tərəvəzlər 5,2% ucuzlaşıb.
2023-cü il avqust ayının sonuna Azərbaycanda orta illik inflyasiya 11,7% (iyul ayının sonuna 12,2%) təşkil edib. İstehlak qiymətləri indeksi ərzaq məhsulları üzrə 13,4%, qeyri-ərzaq məhsulları üzrə 10,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2% olub.
İqtisadiyyat Nazirliyinin yenilənmiş proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 10,4% təşkil edəcək.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət