Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun müasirləşdirilməsi üzrə işlər 2024-cü ildə həmin yol ilə daşınan yüklərin həcminin 5 milyon tona qədər artırılmasına imkan verəcək. Bunu Prezident İlham Əliyev deyib.
“Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq”, - deyə dövlət başçısı sentyabrın 14-də Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, Əliyev qeyd edib ki, buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.
“Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq”, - deyə o vurğulayıb.
Əliyev əlavə edib ki, nəqliyyat və logistika Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıqda mühüm yer tutur.
“Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə də tranzitin əhəmiyyəti az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır”, - deyə prezident qeyd edib.
Daha əvvəl Əliyev bildirmişdi ki, Azərbaycan BTQ-nin Gürcüstan hissəsinin genişləndirilməsi layihəsinə $100 milyondan çox sərmayə yatıracaq.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci il oktyabr ayının 30-da istismara verilib. Layihə çərçivəsində 68 kilometri Türkiyə və 30 kilometri Gürcüstanda olmaqla Qars və Axalkalaki arasında 98 km uzunluğunda dəmir yolu xətti çəkilib, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsi yenidən qurulub. Magistralın Gürcüstan hissəsindəki işlər bu ölkəyə ümumilikdə $775 milyon məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
BTQ-nin ümumi uzunluğu 826 kilometrdir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət