“SOCAR Trading” şirkəti (SOCAR şirkətinin ticarət törəməsi - İF) Asiyada artan tələbatı ödəmək məqsədilə Sinqapurda maye təbii qaz (LNG) ticarətinə başlayıb. Bu barədə Reuters agentliyi “SOCAR Trading” şirkətinin baş direktoru Məryəm Almaszadəyə istinadən xəbər verir.
Onun məlumatına görə, “SOCAR Trading” tezliklə işə başlayacaq LNG treyderini işə qəbul edib, həmçinin Sinqapurda əməkdaşların sayını artırmağı planlaşdırır.
«Biz Asiyada iştirakımızı genişləndirməyə çalışırıq», - deyə Almaszadə bunun şirkətin son bir neçə il ərzində Avropada qaz ticarəti əməliyyatlarının genişlənməsi fonunda baş verdiyini söyləyib.
"(Biz) eyni sistemi Asiyada yaymağa çalışırıq. SOCAR həmçinin bütün Asiya üzrə LNG-dən elektrik enerjisi istehsalı üzrə layihələrə yatırım imkanını nəzərdən keçirir", - o əlavə edib.
Dünyada LNG tələbatı məsələsinə toxunan Almaszadə bildirib ki, şirkət ötən il Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlayandan sonra əldə etdiyi rekord səviyyələrdən qiymətlərin ucuzlaşması səbəbindən onun bərpasını gözləyir.
«Bugünkü LNG qiymətləri daha məntiqə uyğun səviyyədədir, buna görə görürük ki, daha çox insan qaza keçmək üçün geri qayıdır», - Almaszadə qeyd edib.
Onun sözlərinə görə, qiymətlər ucuzlaşdıqca Asiyada, xüsusiləinkişaf etməkdə olan ölkələrdə LNG alıcıları spot alış üzrə fəaliyyətlərini genişləndiriblər. Bu il idxal terminallarının açılışı ilə Vyetnam və Filippin dünya LNG bazarının ən yeni iştirakçıları olub.
Almaszadə şirkətin Vyetnam ilə neft ticarəti sahəsində uzun və etibarlı tərəfdaşlıq əlaqələri olduğunu bildirib.
«Vyetnam böyük sənaye artımını stimullaşdırmaq üçün daha çox LNG idxal edə bilərdi, lakin qiymət vacib amildir», - o əlavə edib.
Bundan əlavə, o məlumat verib ki, ötən il Tayvanın “CPC Corp” neft emalı zavoduna yükün satışından sonra “SOCAR Trading” Asiyada alıcılara karbon tullantılarının kompensasiyası ilə neft və LNG tədarükü imkanlarını nəzərdən keçirir. Şirkət bütövlükdə karbon tullantılarının ticarəti imkanlarını, o cümlədən Sinqapurda genişləndirməyi planlaşdırır
«Biz gələcəyimizi keçid enerjisində görürük», - Almaszadə bildirib.
“SOCAR Trading” şirkəti 2007-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Şirkət beynəlxalq bazarlarda neft və qaz satışı üzrə əməliyyatlarla məşğul olur. Hazırda şirkətin Cenevrə, Sinqapur, Dubay, London və Hyustonda ofisləri fəaliyyət göstərir.
“SOCAR Trading”in həcminə görə ikinci ofisi Sinqapurda yerləşir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət