Çərşənbə axşamı səhər saatlarında Qarabağda yük avtomobili minaya düşüb, iki nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Dövlət Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
“19 sentyabr saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Törədilmiş terror aktı nəticəsində Agentliyin iki əməkdaşı olan həlak olub”, - məlumatda qeyd olunur.
Hazırda cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. **
X.Nəsirzadə
Rövşən Nəcəf: 2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir
Şahbazov Dubayda COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək
Azərbaycan İspaniyada keçiriləcək turizm sərgisində iştirak etməyi planlaşdırır
Türk dövlətlərinin nümayəndələri Şuşada mədəni turizmin perspektivlərini müzakirə ediblər
Gəncədə xəstəxananın əsaslı təmirinə 1 milyon manata yaxın vəsait yönəldiləcək
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
İsrail Baş Qərargah rəisi Qəzzanın cənubunda da güclü əməliyyat vəd edib
İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyatlar başlayandan bəri 10 min hava zərbəsi endirib
İsrail hökuməti Qəzzada bufer zonası yaratmaq planını təsdiqləyib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək