BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.
“Görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq məsələləri, habelə regionda mövcud vəziyyət müzakirə olunub”, - deyə Xarici İşlər Nazirliyindən bildirilib.
Bölgədə mövcud vəziyyət barədə məlumat verən Bayramov Azərbaycan tərəfinin təşəbbüsü ilə başlayan və irəlilədilməsində böyük səy göstərilən sülh gündəliyinin Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar nəticəsində bugün ciddi təhlükə altında olduğunu diqqətə çatdırıb.
Nazir Ermənistanın hərbi-siyasi təxribatlarla bölgədə gərginliyi daha da artırdığını vurğulayıb.
O, Azərbaycan tərəfindən həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarının qeyri-qanuni qüvvələrə qarşı yönləndiyini, mülki şəxslərin hədəf alınmadığını diqqətə çatdırıb.
“Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə XİN qeyd edir.*
Xəbərlər şöbəsi
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət