Erməni hərbçilər dünən gecə boyu Şuşa şəhərini iriçaplı silahlardan və minaatanlardan atəşə tutub. Bunu Baş Prokurorluğun Mətbuat xidmətinin nümayəndəsi Kənan Zeynalov bu gün keçirilən brifinqdə deyib.
“Erməni hərbçilər gecə Şuşa şəhərinin mülki infrastrukturunu iriçaplı silahlardan və minaatanlardan atəşə tutub, strateji obyektlər zərər görüb, şəhərin işıqlandırılmasında fasilələr yaranıb”, - deyə Zeynalov bildirib.
Onun sözlərinə görə, dünən şəhərin atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub.
Bundan başqa, Ağdam rayonunun atəşə tutulması nəticəsində daha bir mülki şəxs çoxsaylı qəlpə yaraları alıb.
“Qeyd olunan faktlarla bağlı cinayət işi başlanıb, istintaq aparılır”, - deyə Zeynalov əlavə edib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət