Baş nazir Əli Əsədov “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nı təsdiq edib.
Sənəd Nazirlər Kabinetinin saytında dərc olunub.
Tədbirlər Planına əsasən, 2024-cü ildə Naxçıvanda infrastrukturun yaradılması üçün layihələndirmə işlərinin aparılması planlaşdırılır. Söhbət Naxçıvan Muxtar Respublikasının ərazisində dövlət sərhəd buraxılış məntəqələrində sərhəd və gömrük nəzarəti infrastrukturunun təkmilləşdirilməsi üçün layihələndirmə işlərinin aparılmasından, Naxçıvan Muxtar Respublikasının ərazisində yeni yaradılacaq dövlət sərhəd buraxılış məntəqələrinə və Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpünün tikintisinə dair təkliflərin hazırlanmasından gedir.
Bundan başqa, gələcəkdə sənaye parkının layihələndirilməsi işlərinə başlanılması, ticarət mərkəzinin tikinti layihəsinin hazırlanması, yerli və xarici investorların (sahibkarların) iştirakı ilə İnvestisiya Forumunun və qablaşdırma və tara müəssisəsinin yaradılmasının təşviq edilməsi istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır.
Tədbirlər Planı çərçivəsində 2023-cü ilin sonuna qədər Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişaf potensialı qiymətləndirilməli, su elektrik stansiyalarının tikintisi layihələrinin hazırlanması və su elektrik stansiyasının tikintisi ilə bağlı işlər görülməlidir.
Plana əsasən, 2024-cü ildə 36 MVt-lıq Ordubad SES-də və 15,6 MVt-lıq Tivi SES-də tikinti-quraşdırma işlərinin davam etdirilməsi planlaşdırılır.
2023-2024-cü illərdə Biləv Su Elektrik Stansiyasının su kanalının əsaslı təmir edilməsi, 2024-cü ildə Araz Su Elektrik Stansiyasının yenidən qurulması, 2023-2024-cü illərdə 87 MVt-lıq Naxçıvan Modul Elektrik Stansiyasının əsaslı təmiri planlaşdırılır.
2024-cü ildə Naxçıvan Beynəlxalq Hava Limanında aerovağzal terminalının genişləndirilməsi ilə bağlı layihənin hazırlanması planlaşdırılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət