Maliyyə Nazirliyi 2028-ci ilə qədər Azərbaycanın dövlət borcunun 31,4 milyard manatadək və ya ÜDM-in 23,2%-dək artımını proqnozlaşdırır.
Maliyyə Nazirliyinin “İnterfaks-Azərbaycan”ın əldə etdiyi proqnozlarına görə, 2027-ci ilin sonuna Azərbaycanın dövlət borcu $5,4 milyard (9,2 milyard manat) və ya ÜDM-in 6,8%-ni, daxili borcu isə 22 milyard manat və ya ÜDM-in 16,4%-ni təşkil edəcək.
Maliyyə Nazirliyinin proqnozlarına əsasən, 2023-cü ilin sonuna dövlət borcu (daxili və xarici daxil olmaqla - İF) 26 milyard 803,6 milyon manat və ya ÜDM-in 22,4%-i səviyyəsində gözlənilir.
Eyni zamanda, xarici borc 10 milyard 848,2 milyon manat ($6 milyard 381,3 milyon) və ya ÜDM-in 9,1%-i, daxili borc – 15 milyard 955,4 milyon manat və ya ÜDM-in 13,3%-i səviyyəsində gözlənilir.
Beləliklə, 2027-ci ildə Azərbaycanın dövlət borcunun nominal məbləği 2023-cü ilin nəticələrinə görə gözlənilən göstəricidən 17,2% yüksək olacaq.
Bununla yanaşı, 2027-ci ildə daxili dövlət borcu 2023-cü illə müqayisədə 36,9% artacaq, xarici borc isə 15,6% azalacaq.
Maliyyə Nazirliyinin hesablamalarına görə, 2024-cü ilin sonuna qədər Azərbaycanın dövlət borcu 27 milyard 678 milyon manatadək və ya 23,4% artacaq (2023-cü ilin sonuna olan göstəricidən +3,2%).
Bununla yanaşı, gələn il xarici borc (2023-cü ilin sonuna olan göstərici ilə müqayisədə) 18% azalacaq - 8 milyard 898,7 milyon manat ($5 milyard 234,5 milyon) və ya ÜDM-in 7,5%-ni, daxili borc isə 17,7% artaraq 18 milyard 779,4 milyon manat və ya ÜDM-in 15,9%-ni təşkil edəcək.
Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə dövlət büdcəsindən dövlət borcunun xidmətinə 1 milyard 182,5 milyon manat, 2024-cü ildə bu məqsədlərə 1 milyard 972,6 milyon manat (2023-cü ilin göstəricisindən +66,8%) yönəldiləcək.
Xəbər verildiyi kimi, 1 iyul 2023-cü il tarixinə Azərbaycanın dövlət borcu 16 milyard 151 milyon manat və ya ÜDM-in 14,5%, o cümlədən daxili borcu 4 milyard 970,3 milyon manat, xarici borcu 11 milyard 180,7 milyon manat ($6 milyard 576,9 milyon) həcmində qiymətləndirilir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət