Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycandan neft idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% - 12,746 milyon tona qədər artırıb.
Avropa İttifaqının Statistika İdarəsindən (Avrostat) “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, hesabat dövründə Aİ ölkələrinin Azərbaycandan aldığı neftin dəyəri 7,525 milyard avro (azalma 14,6%) təşkil edib.
2023-cü ilin iyul ayında Aİ ölkələri Azərbaycandan 1,145 milyard avro dəyərində (azalma 32,9%) 2,038 milyon ton neft (artım 7,4%) idxal edib.
Yanvar-iyul aylarında Azərbaycandan neft idxal edən Aİ ölkələrinin beşliyinə İtaliya (4,002 milyard avro dəyərində (azalma 12,8%) 6,867 milyon ton (artım 14,1%), İspaniya (760,256 milyon avro dəyərində (artım 1,7 dəfə) 1,241 milyon ton (artım 2 dəfə), Çexiya (666,78 milyon avro dəyərində (azalma 5,3%) 1,097 milyon ton (artım 18%), Xorvatiya (364,797 milyon avro dəyərində (azalma 2,1 dəfə) 638,61 min ton (azalma 28%) və İrlandiya (375,259 milyon avro dəyərində (artım 2,5 dəfə) 617,316 min ton (artım 3,5 dəfə) daxil olub.
İyul ayında Azərbaycan neftinin ən iri idxalçılarının beşliyində İtaliya (631,017 milyon avro dəyərində (azalma 23,2%) 1,128 milyon ton (artım 24,4%), Xorvatiya (104,785 milyon avro dəyərində (azalma 2,2 dəfə) 187,049 min ton (azalma 29,5%), İspaniya (101,078 milyon avro dəyərində (artım 24,4%) 172,913 min ton (artım 1,9 dəfə), Çexiya (83,361 milyon avro dəyərində (azalma 38,3%) 153,149 min ton (artım 8,1%) və Portuqaliya (80,099 milyon avro dəyərində (azalma 32,2%) 137,683 min ton (artım 2,3%) yer alıb.
Avrostatın məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 15 milyard 128,576 milyon avro dəyərində (artım 1,7 dəfə və ya 66,9%) 19 milyon 770,297 min ton neft (2021-ci illə müqayisədə azalma 1%) idxal edib.*
R.Kərimov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
Səfirliyə arayışı Yelo App-dən rahatlıqla sifariş et
AccessBank Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət