“AzerGold” QSC 2023-cü ilin yanvar-avqust aylarında 28,132 min unsiya qızıl hasil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 24% azdır. Bu barədə “AzerGold”un məlumatında deyilir.
Hesabat dövründə 79,934 min unsiya gümüş (azalma 37%) hasil edilib.
2023-cü ilin yanvar-avqust aylarında “AzerGold” 23,122 min unsiya qızıl (azalma 30%) və 61,541 min unsiya gümüş (azalma 45%) hasil edib.
Cəmiyyətin məlumatına görə, hesabat dövründə “AzerGold”un qiymətli metalların ixracından ümumi gəliri 79 milyon 43,065 min manat (azalma 27%), o cümlədən qızıl ixracından 76 milyon 538,34 min manat (azalma 26%), gümüş ixracından 2 milyon 504,725 min manat (azalma 39%) təşkil edib.
“Cari ilin ilk 8 ayı ərzində icra olunan hasilat və ixrac əməliyyatları ötən ilin eyni dövrü ilə müqayisədə az olsa da, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub”, - deyə qızıl hasilatçısı qeyd edir.
“AzerGold”un məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında şirkət tərəfindən daxili bazarda 3,938 min unsiya qızıl (artım 2,04 dəfə) və 23,518 min unsiya gümüş (artım 3,3 dəfə) satılıb. “AzerGold” daxili bazarda qızıl və gümüş satışından 14 milyon 443,288 min manat (artım 2 dəfə), o cümlədən qızıl satışından 13 milyon 461,556 min manat (artım 2 dəfə), gümüş satışından 981,732 min manat gəlir (artım 3,2 dəfə) əldə edib.
Beləliklə, 2023-cü ilin 8 ayı ərzində beynəlxalq və daxili bazarlarda qızıl və gümüş satışından “AzerGold” QSC-nin ümumi gəlirləri 93 milyon 486,353 min manat (cari məzənnə ilə $54,9 milyon) təşkil edib.
Hazırda “AzerGold” yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci işlənmə mərhələsi çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) və “Tülallar” yatağından (2023-cü ilin fevral ayından) qızıl hasilatı və ixracı həyata keçirir.
2022-ci ildə “AzerGold” 62,1 min unsiya qızıl (artım 0,9%) və 223,1 min unsiya gümüş (artım 65,9%) hasil edib. 2023-cü ildə şirkət 62,5 min unsiya qızıl və 108,3 min unsiya gümüş hasil etməyi planlaşdırır.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. “AzerGold” Azərbaycanda qızıl və gümüş hasilatı ilə məşğul olan iki şirkətdən biridir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət