Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti arasında telefon danışığı baş tutub.
“Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyi, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub. Bayramov, Azərbaycan tərəfindən Qarabağ bölgəsində görülən lokal anti-terror tədbirlərindən sonra bölgədə mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb”, - XİN-in məlumatında deyilir.
Bayramov həmçinin antiterror tədbirləri nəticəsində regionda sülh və sabitliyə təhdid törədən erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulması barədə həmkarını məlumatlandırıb.
Nazirin sözlərinə görə, onların tərksilah edilməs Azərbaycanın suveren ərazilərində hərbiləşmənin dəhşətli səviyyəsini bir daha nümayiş etdirdi.
XİN başçısı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyasına təkan verdiyi, həmin sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində tərəfimizdən əməli addımların atıldığı bildirilib.
“Ermənistan tərəfinin guya bölgədə “etnik təmizləmə”nin həyata keçirildiyi ilə bağlı iddiaları həqiqətə uyğun deyil”, - Bayramov vurğulayıb.
Bayramov əlavə edib ki, Azərbaycan Ermənistanla normallaşma və sülh prosesinə sadiqdir.
XİN-dən vurğualnır ki, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət