“AzerGold” QSC-nin Müşahidə Şurasının iclasında hasilat və ixrac hədəfləri, inkişaf strategiyası, mənfəətliyinin artırılması, xarici ölkələrə genişlənmə siyasəti məsələləri müzakirə olunub.
“İnterfaks-Azəraycan” “AzerGold”a istinadən xəbər verir ki, iclasda həmçinin Qarabağ və Şərqi Zəngəzurda əlvan metal filizi yataqları ilə bağlı geoloji tədqiqatların genişləndirilməsi, Orta Asiya və digər ölkələrdə birgə mədən layihələrin icrası ilə bağlı məsələlərə toxunulub.
İqtisadiyyat Nazirliyi tərəfindən daxili zərgərlik bazarının inkişafı, şəffaflaşdırılması istiqamətində tədbirlərə “AzerGold” QSC-nin verdiyi töhfələr qeyd edilib, bu istiqamətdə icrası nəzərdə tutulan əlavə tədbirlərdən söz açılıb.
Bundan başqa, “AzerGold”un yerli pərakəndə satış bazarına təqdim etdiyi qızıl sikkə və külçələrin satışı ilə bağlı yeni qiymət siyasəti, yeni növ qızıl məshulların müasir texnologiyalar əsasında istehsalı imkanları müzakirə olunub.
İclasda Azərbaycan prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə cəmiyyət tərəfindən cari il ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəzərdən keçirilib, yuxarıda qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət