Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin I yarısında bank sektorunun mənfəət generasiyası imkanlarının yaxşılaşdığnı qeyd edir.
“Sektorun mənfəət generasiyası imkanları yaxşılaşır. 2023-cü ilin birinci yarısında bank sisteminin xalis mənfəəti 563 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% və ya 162 milyon manat çoxdur. ROA göstəricisi pandemiyadan sonrakı dövrdə ən yüksək həddindədir - 2,5% (2020-ci ilin I yarısında ROA 372 milyon manat və ya 2,4% təşkil edib)”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Bankın 2023-cü ilin 6 ayı üzrə Maliyyə sabitliyi hesabatına istinadən bildirir.
2023-cü ilin yanvar-iyun aylarında 22 bank mənfəətlə, 2 bank isə zərərlə fəaliyyət göstərib. Mənfəətlə fəaliyyət göstərən 22 bankın cəmi xalis mənfəəti 580 milyon manat, zərərlə fəaliyyət göstərən 2 bankın cəmi zərəri isə 17 milyon manat olub.
AMB-nin təhlili göstərir ki, xalis mənfəətin artımının əsas drayveri kimi xalis faiz gəlirləri çıxış edib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis faiz gəlirləri 296 milyon manat və yaxud 32% artıb. Məqsədli ehtiyatlar üzrə xərclərin 46 milyon manat (37%) azalması, eyni zamanda, qeyri-faiz gəlirlərinin 64 milyon manat və ya 12% artması mənfəət marjasının artımını şərtləndirib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət