SOCAR AQŞ qazma şirkəti "Günəşli" yatağında 8 saylı platformadan yan lülə quyusu qazıb.
“Quyunun dərinliyi 2985 metr təşkil edib. Yan lülə quyusu Fasilə lay dəstəsinə uğurla qazılaraq SOCAR şirkətinin “Azneft” İstehsalat Birliyinə təhvil verilib”, - SOCAR AQŞ-nin məlumatında deyilir.
Şirkətin məlumatına görə, quyu yüksək debitlə istismara verilib. Hazırda quyunun istifadəsi üzrə işlər uğurla davam etdirilir.
“Yan lülə quyularının qazılması uzun illər istismarda olan bir çox quyunun debitini artırmaq üçün olduqca önəmlidir. Belə ki, "Günəşli" yatağında300-dən çox quyunun hasilatını yenidən bərpa etmək üçün yan lülə quyularının qazılması xüsusi əhəmiyyət kəsb edir. Bu, ölkənin neft hasilatının uzunömürlülüyünün təmin edilməsinə, quyuların daha məhsuldar olmasına, eləcə də qazma işlərinin səmərəliliyinin artırılmasına xidmət edəcək”, - press-relizdə SOCAR AQŞ-nin baş direktoru Samir Mollayevin sözərindən sitat gətiriir.
SOCAR AQŞ bütöv şəkildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR, Nobel Oil Services və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Nobel Oil Services SOCAR AQŞ-nin əsas səhmdarıdır.
SOCAR AQŞ-nin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət