Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların meyitlərinin dəfn edildiyi 425 mümkün lokasiya aşkar edib. Bu barədə İtkin düşmüş şəxslər üzrə proqramın rəhbəri Samir Hacımustaviç bəyan edib.
Onun sözlərinə görə, birinci Qarabağ müharibəsindən (1991-1994- cü illər) sonra 3890 azərbaycanlı itkin düşmüş hsab edilir.
«Aşkar edilmiş 425 mümkün məzarlığın 23-ü yüksək dəqiqlik kateqoriyasına (GSM koordinatları var, əvvəl sənədləşdirilib), 64-ü orta dəqiqliyə (+ 250 metr) və 320-si aşağı dəqiqliyə (kənd, dağ və s.) aid edilib», - Hacımustaviç bazar ertəsi mətbuat konfransında bildirib.
O, həmçinin bildirib ki, BQXK kütləvi məzarlıqların axtarışı, itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi, həmçinin maddi-texniki təchizat və təcrübə mübadiləsi üzrə yardımın göstərilməsi üzrə Azərbaycanın dövlət qurumları ilə bundan sonra da sıx əməkdaşlığı davam etdirəcək.
BQXK-nin Azərbaycan nümayəndəliyinin nümayəndəsi İlahə Hüseynova öz növbəsində qeyd edib ki, indiyədək təşkilat Azərbaycanla Ermənistan arasında təqribən 700 nəfərin mübadiləsi üzrə vasitəçi olub.
O əlavə edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndidəki ofisi yayılmış iddialara zidd olaraq bağlanmır. Həmçinin, o qeyd edib ki, BQXK-nın istənilən ofisi birbaşa təşkilatın Cenevrədəki mənzil-qərargahına tabedir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət