2023-cü ildə Azərbaycanın qeyri-neft ÜDM-i 4,2%, 2024-cü ildə 3,6% artacaq. Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri belə hesab edirlər.
“İnterfaks-Azərbaycan” agentliyinin daha əvvəl verdiyi məlumata görə, BVF 2023-cü ildə Azərbaycanda ÜDM-in 2,5%, 2024-cü ildə isə 2,5% artacağını proqnozlaşdırıb.
Bununla yanaşı, BVF cari ildə Azərbaycanda ÜDM-in nominal həcmini $77,4 milyard, gələn il isə $81 milyard səviyyəsində proqnozlaşdırır.
Fondun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə oktyabr icmalında dərc olunmuş proqnozlarına görə, 2023-2024-cü illərdə Azərbaycanın neft sektorunda illik artım 0,6% təşkil edəcək.
BVF-nin qiymətləndirmələrinə görə, cari ildə Azərbaycanda orta illik inflyasiya 10,3% (2022-ci ildə 13,8%), gələn il isə 5,6% təşkil edəcək.
İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in artımını 1,9%, 2024-cü ildə 2,4% səviyyəsində proqnozlaşdırır. Nazirliyin proqnozlarına görə, cari ildə Azərbaycanda ÜDM-in nominal həcmi 119,6 milyard manat, gələn il isə 118,4 milyard manat təşkil edəcək.
İqtisadiyyat Nazirliyi 2023-cü ilin yekunları üzrə orta illik inflyasiyanı 9,5% səviyyəsində proqnozlaşdırır. 2024-cü il üçün proqnoz 5,3% təşkil edir.
2022-ci ildə Azərbaycanda ÜDM 4,6% artıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət