Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 3-cü iclası keçirilib. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Şuranın işində iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.
İşgüzar Şuranın həmsədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda inşaat sektorunun inkişafı, bu sahənin biznes və investisiya imkanları barədə məlumat verərək, hər iki ölkənin işgüzar dairələrini bu sahədə fəal əməkdaşlığa dəvət edib.
O qeyd edib ki, tikinti sektoru Azərbaycanda sürətlə inkişaf edən sahələrdəndir.
Məmmədov vurğulayıb ki, Azərbaycanda yeni texnologiyalar əsasında işləyən sement zavodları, metal konstruksiyalar, müasir tikinti materialları istehsal edən müəssisələr mövcuddur. Bu sahədə 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir.
Tədbir çərçivəsində iş adamları arasında tikinti sektoru ilə bağlı məlumat və təcrübə mübadiləsi aparılıb, şirkətlər tərəfindən təqdimatlar keçirilib, birgə təşəbbüslərin və layihələrin reallaşdırılması imkanları müzakirə edilib.
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ilin dekabrında KOBİA və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında imzalanmış sazişə əsasən yaradılıb.
Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu İşgüzar Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət