Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan və Türkiyənin komando bölmələrinin “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə hazırlığı ilə bağlı məlumat yayıb.
“Cari ilin oktyabr ayının 23-25 tarixlərində Azərbaycanda keçiriləcək "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi ərəfəsində hər iki qardaş ölkənin komando bölmələri ilə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər məşq etdirilib. Komandolar gecə məhdudgörmə şəraitində taktiki yerdəyişmə icra edərək basqınla şərti düşmənin diversiya qrupunu yerləşmə məntəqəsində zərərsizləşdiriblər”, - deyə məlumatda bildirilir.
Təlimin əsas məqsədi hərbi qulluqçuların məhdudgörmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi və komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir. “Məşqlər zamanı yüksək peşəkarlıq nümayiş etdirən komandolar bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət