2022-ci ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin xalis mənfəəti 84,988 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 5,1 dəfə çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyi QSC-nin saytında dərc olunmuş 2022-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarına istinadən bildirir ki, hesabat ilində ADY-nin gəlirləri 601,408 milyon manat (artım 23%), yükdaşıma gəlirləri 525,498 milyon manat (artım 32,1%), sərnişindaşıma gəlirləri 4,826 milyon manat (artım 2,6 dəfə), tikinti gəlirləri 20,953 milyon manat (azalma 59,9%), sair gəlirləri 50,131 milyon manat (artım 35,7%) təşkil edib.
ADY-nin əməliyyat xərcləri 79,682 milyon manat məbləğində (artım 2,4 dəfə) olub.
Cəmiyyətin maliyyə xərcləri 44,598 milyon manat (azalma 25%) təşkil edib. 2022-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin xarici valyuta mübadiləsindən xalis gəliri 71,909 milyon manat (azalma 34,5%) təşkil edib. Xalis gəlir 27,311 milyon manat məbləğində (azalma 45,8%) olub.
2022-ci ildə cəmiyyətin mənfəət vergisindən əvvəlki mənfəəti 106,993 milyon manat (artım 6 dəfə, mənfəət vergisi üzrə ödənişləri 20,837 milyon manat (artım 2,6 dəfə) təşkil edib.
Hesabat dövründə sonradan mənfəət və ya zərərə təkrar təsnif edilən və ya edilə bilən sair məcmu zərər (məzənnə çevrilməsindən yaranan fərqlər) 1,168 milyon manat təşkil edib.
2022-ci ildə cəmiyyətin xalis mənfəəti 84,988 milyon manat təşkil edib.
Maliyyə hesabatına əsasən, 2023-cü il yanvarın 1-nə ADY-nin aktivləri 4 milyard 271,549 milyon manat (artım 16,9%) təşkil edib. 2022-ci ilin sonuna cəmiyyətin qısamüddətli aktivləri 329,519 milyon manata, uzunmüddətli aktivləri 3 milyard 942,03 milyon manata bərabərdir. Uzunmüddətli aktivlərin strukturunda əsas həcm - 3 milyard 758,58 milyon manat (artım 20,2%) əmlak, tikili və avadanlıqların payına düşür.
1 yanvar 2023-cü il tarixinə ADY-nin kapitalı 1 milyard 826,936 milyon manata (artım 2 dəfə) bərabərdir. 2023-cü ilin əvvəlinə cəmiyyətin nizamnamə kapitalı 906,062 milyon manat (dəyişməyib), dövlət investisiyaları 5 milyard 250,426 milyon manat (artım 18,6%), yığılmış zərər 4 milyard 435,349 milyon manat (azalma 1,9%) təşkil edib.
2023-cü ilin əvvəlinə “Azərbaycan Dəmir Yolları” QSC-nin öhdəlikləri 2 milyard 444,613 milyon manat (azalma 10,5%), o cümlədən uzunmüddətli öhdəlikləri 1 milyard 457,611 milyon manat, qısamüddətli öhdəlikləri 987,002 milyon manat təşkil edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət