İpoteka Kredit və Zəmanət Fondu (İKZF) hazırda ipoteka kreditləri üzrə maksimal məbləği dəyişmədən saxlamağı məqsədəuyğun hesab edir. Bu barədə İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) ipoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov bəyan edib.
"Hazırda kommersiya ipotekası üzrə kreditin maksimal məbləği 150 min manat, sosial kredit üzrə isə 100 min manat təşkil edir. Eyni zamanda, statistika göstərir ki, 2023-cü ildə verilmiş kreditlər 80%-i üzrə kredit məbləği 100 min manatdan aşağıdır: ipotekanın orta məbləği - 81 min manat, ipotekaya alınan mənzilin orta qiyməti - 119 min manatdır. Bu məlumatlara əsasən, biz hələlik ipoteka kreditləri üzrə maksimal məbləğin artırılmasına ehtiyac görmürük. Lakin şübhəsiz ki, prosesi izləyirik və gələcəkdə, lazım gələrsə, kreditlər üzrə maksimal məbləğlər yenidən nəzərdən keçirilə bilər", - Kələşov ATV telekanalında yayımlanan "İqtisadi zona" verilişində deyib.
Onun sözlərinə görə, vətəndaşlar İKZF-nin vəsaiti ilə yanaşı, zəruri hallarda kommersiya banklarının vəsaiti hesabına da ipoteka kreditləri ala bilərlər. «Deyə bilərəm ki, banklar tərəfindən daxili proqramlar çərçivəsində 9 milyon manatdan çox məbləğdə 500 mindən çox ipoteka krediti verilib», - o əlavə edib.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət