30 sentyabr 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 45 milyard 530,5 milyon manat məbləğində qiymətləndirilir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, yanvar-sentyabr aylarında bankların aktivləri 3,2% azalıb.
2023-cü ilin üçüncü rübündə bankların ümumi aktivləri 312,2 milyon manat artıb.
9 ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlərin həcmi 2 dəfə - 3 milyard 182,1 milyon manata qədər azalıb.
Sentyabrın sonuna bankların kredit portfeli 22 milyard 281,9 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 13,7% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 991,4 milyon manat (artım 6,6%) təşkil edir.
Bankların öhdəlikləri 39 milyard 539,1 milyon manata (azalma 4,6%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 107,7 milyon manat məbləğində (azalma 2,1 dəfə) qiymətləndirilir. Banklardakı depozit portfeli 32 milyard 174,2 milyon manat (azalma 4,7%), o cümlədən əhalinin əmanətləri 12 milyard 418,4 milyon manat (artım 8,1%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında bankların ümumi xalis mənfəəti 832,9 milyon manat (2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 21,9%) təşkil edib.
Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 582,4 milyon manat (artım 32%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 903,1 milyon manat (artım 19,1%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 988,5 milyon manat məbləğində (artım 13,6%) olub.
Bu dövrdə bankların faiz xərcləri 628,7 milyon manat (artım 34,5%), o cümlədən depozitlər üzrə 449,9 milyon manat (artım 38,7%), qeyri-faiz xərcləri 1 milyard 675 milyon manat (artım 24,5%) təşkil edib.
Yanvar-sentyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 1 milyard 227,3 milyon manat (artım 25,6%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 1 milyard 47,6 milyon manat (artım 24,7%), mənfəət vergisi üzrə ödənişlər 214,7 milyon manat məbləğində (artım 36,7%) qiymətləndirilir.
30 sentyabr 2023-cü il tarixinə respublikada 24 bank fəaliyyət göstərir. Bu bankların 9-u (2022-ci ilin sonuna 10 bank) xarici kapitallıdır.
Bankların 491 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,8%) və 88 şöbəsi (2022-ci ilin sonuna 91) var.
Bank sektorunda 23,53 min nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 3,3% - İF) çalışır.*
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət