2023-cü ilin yanvar-sentyabr aylarında Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 25% artaraq 4, 325 milyon nəfərdən çox həddə çatıb.
“Beynəlxalq istiqamətlərdə daşınan sərnişinlərin 58,6%-i xarici aviadaşıyıcıların payına düşüb. Hesabat dövründə bu aviaşirkətlər 2 milyon 214 mindən çox sərnişin (artım 39%) daşıyıb. Bakı aeroportundan sərnişin daşımalarının qalan hissəsini isə "Azərbaycan Hava Yolları" (AZAL) həyata keçirib”, - aeroportun mətbuat xidmətindən məlumat verilir.
Həmçinin, 2023-cü ilin 9 ayı ərzində AZAL aviaşirkəti 1,5 milyondan çox sərnişinə beynəlxalq uçuşlarda, 549 min nəfər sərnişinə isə Naxçıvan istiqamətində xidmət göstərib.
Bakı aeroportundan ən çox sərnişin - 746 min nəfərdən çox Bakıdan İstanbula və əks istiqamətdə daşınıb.
Daşınan sərnişinlərin sayına görə digər pillələrdə ardıcıl olaraq Naxçıvan, Moskva, Dubay və Tbilisi qərarlaşıb.
Hesabat dövründə Heydər Əliyev Beynəlxalq Aeroportuna 37 aviaşirkət 70 yaxın istiqamətdə müntəzəm uçuşlar yerinə yetirib, onlardan 18-i aşağıbüdcəli aviadaşıyıcılardır. Onların payına düşən sərnişinlərin sayı ümumi xarici aviaşirkətlərə nisbətdə 49% təşkil edib.
Ən çox sərnişini “Turkish Airlines”, “AnadoluJet”, “Utair”, “Aeroflot”, “FlyDubai” aviaşirkətləri daşıyıb.
Hazırda Azərbaycanda ölkənin müxtəlif bölgələrində 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət