Hazırda Rəşt-Astara dəmir yolu xəttinin layihələndirilməsi işləri başlanıb, onun istifadəyə verilməsi «Şimal-Cənub» qərb qolunun ötürmə qabiliyyətini 40 milyon tona çatdıracaq. Bu barədə “Evraziyskaya logistika” Muxtar qeyrikommersiya təşkilatının baş direktoru Alevtina Kirillova bəyan edib.
"Hələlik tikinti işlərinə başlanılmayıb. Hazırda layihələndirmə və geoloji kəşfiyyat mərhələsi və həm Rusiya, həm də İran tərəfdən layihədə iştirak edəcək şirkətlərin fəal axtarışı davam edir", - Kirillova çərşənbə günü Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsinin iştirakı ilə keçirilən videokörpü zamanı bildirib.
O qeyd edib ki, RF ilə İran arasında razılaşmalara əsasən, bu dəmir yolunun tikintisinə 4 il vaxt ayrılıb, yəni plana əsasən, 2028-ci ilin əvvəlinə qədər yüklərin hərəkətinə başlanılmalıdır.
Kirillovanın sözlərinə görə, RF $1,3 milyard məbləğində dövlətlərlərarası kredit ayırır.
Bundan başqa, Kirillova qeyd edib ki, plana əsasən, belə birbaşa dəmir yolu marşrutunun işə salınması zamanı «Şimal-Cənub» nəqliyyat dəhlizinin qərb qolunun ötürmə qabiliyyəti 2030-cu ilə qədər 40 milyon tona çatmalıdır.
«Bu xətt ilə əsas yüklər taxıl, ərzaq, aqrar sənaye, habelə Azərbaycan ilə RF arasında “Aqroexpress” birgə layihəyə daxil olan yüklər olacaq. Layihə bir neçə il əvvəl işə salınıb və hazırda həm ixrac, həm də idxalda reallaşdırılır, Həmçinin, ağac, mineral məhsullar, metallurgiya, kimyəvi məhsullar, kömür kimi sənaye yükləri xarici ticarəti artırmağa və ölkələr arasında iqtisadi əməkdaşlığın səmərəliliyini artırmağa imkan verəcək», - Kirillova vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu birbaşa marşrutun istifadəyə verilməsi Rusiyadan İrana, Xəzər regionu və Yaxın Şərq ölkələrinə ixrac olunan yüklərin həcmini artırmağa, o cümlədən müxtəlif yük nomenklaturalarının Azərbaycan vasitəsilə tranzit keçidini artırmağa və müvafiq olaraq yeni bazarlara çıxışa imkan yaradacaq. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət