Azərbaycan və Rusiya hazırda «Aqroexpress» layihəsi çərçivəsində nəqliyyat-logistika infrastrukturunun yaxşılaşdırılması üçün yük daşımaları bazasının konsolidasiyası üzərində işləyirlər. Bu barədə “Evraziyskaya logistika” Muxtar qeyri-kommersiya təşkilatının baş direktoru Alevtina Kirillova bəyan edib.
"Biz yük bazasının birləşdirilməsi üzərində çalışırıq. Əsas səbəb bu cür konsolidasiya olunmuş logistika mərkəzlərinin və aqrohabların kifayət sayda olmamasıdır, çünki hər fermer təsərrüfatından qatar işə salmaq mümkün deyil və avtomobil nəqliyyati vasitəsi bu cür tezliklə pərakəndə satış müəssisələrinə çıxarılmalı olan yüklərin həcmini götürə bilməz", - Kirillova çərşənbə günü Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsinin iştirakı ilə videokörpü zamanı bildirib.
O qeyd edib ki, Rusiya tərəfi Azərbaycandan nəqliyyat-logistika tərəfdaşları ilə, xüsusilə «ADY»-nin strukturu “ADY Express”, həmçinin «Alliance Logistics» ilə temperatur rejimi tələb edən tez xarab olan məhsullar, quru məhsulların (fındıq, quru meyvə, paxlalı bitkilər), həmçinin xalq istehlak malları ilə məşğul olacaq yük bazasının formalaşması üzrə qatarın müntəzəm rejimdə işə salınması üçün danışıqlar aparır.
"Planlara həmçinin iki ölkənin baytarlıq və fitosanitar orqanları arasında sərhəddə gecikmələrin qarşısını almaq və sənədlərin tez zamanda elektron şəkildə rəsmiləşdirilməsi üçün sadələşdirilmiş dəhlizin işə salınması daxildir, bu da çatdırılma müddətini sürətləndirməyə imlan verəcək. Biz indi bunun üzərində çalışırıq və ümid edirik ki, gələn il marşrutumuz müntəzəm formata çevriləcək", - “İnterfaks-Azərbaycan» Kirillovanın sözlərindən sitat gətirir.
Öz növbəsində, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov qeyd edib ki, “Aqroekspress”in müntəzəm fəaliyyəti layihənin bütün iştirakçıları üçün səmərəli olacaq. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət