Avropa daha çox Azərbaycan qazını cəlb etmək üçün kommersiya və maliyyə təşəbbüslərinə getməlidir. SOCAR şirkətinin vitse-prezidenti Elşad Nəsirov belə hesab edir.
"Artıq fəaliyyət göstərən layihələrlə yanaşı, bizdə "Ümid", "Babek" layihələri də var, “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsi illik 4-4,5 milyard kubmetr qaz verə bilər. Bunlar perspektivli strukturlardır, buna görə qaz da var ", -o “Türkmənistanın Neft və Qazı” adlı Beynəlxalq konfrans zamanı jurnalistlərə bildirib.
O xatırladıb ki, Azərbaycan qazının Avropaya tədarükünün artırılması imkanı barədə razılaşmalar əldə olunub, lakin bunun üçün Avropa tərəfdaşları da müəyyən hərəkətlər etməlidirlər. "Birincisi, boru kəməri nəqli ilə əlaqəli istənilən qaz istehsalçısına uzunmüddətli alış zəmanəti lazımdır - 10 illik və daha çox. Belə ki, 2013-cü ildə biz “take or pay” şərti ilə 25 illik qaz satışı haqqında müqavilələr bağladıq. Təbii ki, bu kapitalın geri qaytarılması zəmanətini təmin edir. İndi isə şirkətlər 10 ildən çox müddətə müqavilə bağlamağa hazır deyillər və əsasən hər kəs qaz seçimini (Aİ-nin iqlim məqsədlərinə görə - İF) istifadə etmək mümkün olmadıqda başa çatdırmaq istəyirlər", - vitse-prezident izah edib.
"Əvvəl biz İtaliya, Yunanıstan, Bolqarıstana 3,5 min km-lik boru kəmərini çəkmək üçün $38-40 milyard kapital cəlb etdik. Lakin indi çətinliklər var. Birincisi, bir neçə layihənin genişlənməsini təmin etmək üçün qazı aqreqasiya etmək lazımdır. Əvvəllər daha asan idi. “Şahdəniz” bütün bu uzun borunu ödəmək üçün kifayət qədər qaza sahib idi. İndi genişləndirmək üçün birgə qərar qəbul edilməsi üçün bir neçə istehsalçını cəlb etmək lazımdır", - o davam edib.
“Eyni zamanda, üç boru kəmərini genişləndirmək lazımdır: qazımızı çatdırmaq üçün Türkiyə sərhədinə qədər Cənubi Qafqaz borusu, Türkiyə vasitəsilə TANAP və yəgin ki, TAP boru kəmərini. Və burada çətinliklər yaranır - Avropa banklarında karbohidrogen layihəsini genişləndirmək üçün ödəniş həvəs doğurmur. Əgər bütün bu yükü qısa müddət ərzində Azərbaycanın üzərinə qoysaq, dilemma yaranır: ya qazı 10 il ərzində ödəmək üçün çox yüksək qiymətlə satmaq lazımdır, lakin qazı Avropanın likvid bazarından daha yüksək qiymətlə satmaq mümkün deyil", - Nəsirov qeyd edib.
Bundan əlavə, İtaliyada boru kəməri sisteminin genişləndirilməsi ilə bağlı məsələlər var. "Bizə zəmanət lazımdır ki, İtaliyada boru kəməri genişlənəcək və biz hansısa iştiraka malik olacağıq. Buna görə hələlik qərar (əlavə tədarük barədə - İF) ciddi qiymətləndirmə mərhələsindədir", - o deyib.
Eyni zamanda, SOCAR-ın top meneceri əlavə edib ki, Azərbaycanın alternativ variantı var - Sofiyada 25 apreldə imzalanan «Həmrəylik halqası»nın (STRING) istifadəsi. "Balkan ölkələri boru kəməri sisteminin genişləndirilməsinə investisiya qoymaq istəyirlər: Bolqarıstan, Rumıniya, Serbiya, Slovakiya, İtaliya. Bu boru kəməri sistemi ilə biz artıq az miqdarda qaz tədarük edirik. Bu da Avropaya tədarükün artırılmasının mümkün variantı kimi istifadə edilə bilər", - o məlumat verib.
“Həmrəylik halqası” (STRİNG) təşəbbüsü Mərkəzi və Cənubi-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini artırmaq məqsədilə Bolqarıstan tərəfindən təklif edilib və Avropa Komissiyası tərəfindən dəstəklənib. **
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət