2024-cü ildə Qazaxıstandan yüklərin Azərbaycan ərazisi ilə Gürcüstan limanlarına çatdırılma müddəti iki dəfə - 11-15 günə qədər azaldılacaq. Bunu baş nazir Əli Əsədov deyib.
“Qazaxıstandan Gürcüstan limanlarına yüklərin çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldılıb. Növbəti il üçün hədəfimiz bu müddəti iki dəfəyə qədər - 11-15 günə endirməkdir”, - deyə Əsədov bu gün Tbilisi Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu nəqliyyat dəhlizi dünya miqyasında ən təhlükəsiz və operativ dəhlizlərdən biri olacaq.
Baş nazir vurğulayıb ki, Orta Dəhlizin potensialı limanların, eləcə də dəmir yollarının yükaşırma qabiliyyəti ilə sıx bağlıdır.
“Bununla əlaqədar Xəzərdə ən iri ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır”, - deyə Əsədov bildirib.
Gürcüstanın Poti və Batumi limanlarının əhəmiyyətini qeyd edən baş nazir vurğulayıb ki, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının genişləndirilməsi Orta Dəhlizin inkişafına töhfə verəcək.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət