Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi üçün $197,1 milyon (186,9 milyon avro) məbləğində sindikatlaşdırılmış kreditin təşkil edilməsi ilə bağlı məlumat yayıb.
“İnterfaks-Azərbaycan” agentliyi AYİB-in saytında dərc olunmuş məlumata istinadən xəbər verir ki, kredit üzrə borcalan qismində layihənin həyata keçirilməsi məqsədilə yaradılmış “ACWA Power Azerbaijan Renewable Energy Limited Liability Company” çıxış edir.
Sindikatlaşdırmada AYİB-in payı $167 milyon təşkil edir. Sindikatlaşdırmada AYİB-lə yanaşı, OPEC-in Beynəlxalq İnkişaf Fondu (OPEC Fund) da iştirak edəcək.
AYİB-in Direktorlar Şurası oktyabrın 18-də bu layihəyə kreditin ayrılmasını təsdiq edib.
Xəbər verildiyi kimi, “ACWA Power” şirkəti (Səudiyyə Ərəbistanı) 2025-ci ildə Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyasını istismara verəcək.
Elektrik stansiyasının təməlqoyma mərasimi 2022-ci il yanvarın 13-də keçirilib.
Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 külək turbini, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.
Layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihənin ümumi dəyəri $300 milyon, investoru “ACWA Power” şirkətidir. Elektrik stansiyasında illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq, eyni zamanda, 220 milyon kubmetrədək qaza qənaət ediləcək.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya 188 layihənin həyata keçirilməsi üçün 3,6 milyard avro məbləğində kredit ayırıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət