Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib. Bu barədə Azərbaycan liderinin mətbuat xidmətindən məlumat verilir.
“Telefon danışığı əsnasında Azərbaycan ilə BƏƏ arasında ikitərəfli əlaqələr müzakirə edilib, xalqlarımızın mənafeyi naminə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda investisiyalar, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub”, - məlumatda deyilir.
Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa olunmasının önəmini qeyd edib. Dövlət başçısı 230 meqavat gücündə olan Qaradağ Günəş Elektrik Stansiyasının regionda ən böyük günəş elektrik stansiyası olduğunu, Azərbaycanda xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji stansiyası olduğunu vurğulayıb. Prezident Birləşmiş Ərəb Əmirliklərinin dörd nazirinin və geniş tərkibdə nümayəndə heyətinin bu tədbirdə iştirakının ölkələrimiz arasındakı dostluğun və tərəfdaşlığın nümunəsi olduğunu qeyd edib.
Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidentini ölkəsinin BMT-nin İqlim Dəyişikliyi Konfransına – COP-28-ə ev sahibliyi etməsi münasibətilə təbrik edib, bunu BƏƏ-nin Davamlı İnkişaf Məqsədlərinə nail olunması və ətraf mühitin qorunması ilə bağlı qlobal səylərə töhfəsinin nümunəsi kimi dəyərləndirib.
Dövlət başçıları iki ölkə arasında, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət