Azərbaycan-Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə yazıb.
“Azərmaş CP” MMC Hacıqabul Sənaye Məhəlləsinin 14-cü rezidenti olub.
“Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində investisiya həcmi 104 milyon manat olan minik avtomobillərin istehsalı kompleksi yaradılacaq və 1,2 min nəfər işlə təmin ediləcək”, - deyə nazir bildirib.
Minik avtomobillərinin istehsalı zavodunun təməli 2023-cü ilin may ayında qoyulub. Birgə müəssisənin iştirakçıları “Azərmaş CP” (Azərbaycan) və “UzAvtoSanoat” SC-dir (Özbəkistan).
Zavodun illik istehsal gücü 30 min ədəd avtomobil təşkil edəcək. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq. Zavodda avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələləri həyata keçiriləcək. İstehsal olunacaq avtomobillər daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılacaq.
Zavodda ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan texnologiyalarından istifadə olunacaq.
Müəssisənin 2025-ci ilin may ayında açılması planlaşdırılır.
Hacıqabul Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 25 iyul 2017-ci il tarixli sərəncamı ilə Hacıqabul rayonunda 20 hektar sahədə yaradılıb. Dövlət başçısının 13 may 2020-ci il tarixli sərəncamı ilə Hacıqabul Sənaye Məhəlləsinin ərazisi 40 hektar genişləndirilib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət