Azərbaycan Mərkəzi Bankı (AMB) “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın yeni redaksiyasını təsdiq edib. Qayda 1 dekabr 2023-cü il tarixindən qüvvəyə minəcək.
AMB-nin məlumatında deyilir ki, yenilənmiş Qayda beynəlxalq standartların son tələblərinə, xüsusilə Bazel Komitəsinin standartlarına və Beynəlxalq Valyuta Fondunun ekspertlərinin verdiyi tövsiyələrə uyğundur.
Qaydada likvidlik riski növü banklarda onun korporativ idarəetmənin və risklərin idarə edilməsi çərçivəsinin vacib elementi kimi nəzərə alınaraq likvidlik riski iştahası, siyasəti, daxili qaydaları, likvidlik riskinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlığına dair tələblər təkmilləşdirilib. Cəlb olunmuş vəsait mənbələrinin konsentrasiyasına dair yeni monitorinq aləti (Herfindal-Hirşman aləti) təqdim edilib, ani likvidlik əmsalı normativinin tərkibi təkmilləşdirilib.
Bankda likvidlik mövqeyi proqnozlaşdırılmasının təkmilləşdirilməsi çərçivəsində Qaydada Bazel III standartlarında təqdim olunan bank müştərilərinin davranışı ilə əlaqədar tarixi məlumatlara əsaslanan məcmu və xarici valyutada ayrılıqda Likvidliyin örtülmə əmsalı (LCR) əmsalı normativi gətirilib. Əmsalın məqsədi banklarda qısamüddətli dövrdə (30 gün) stress şəraitində likvidlik üzrə dayanıqlığın təmin edilməsidir. Qaydanın qüvvəyə mindiyi tarixdə LCR əmsalı məcmu və xarici valyutada ayrılıqda 100% və bundan çox olan banklar əmsalın həmin həddən aşağı düşməməsini təmin etməlidir. LCR əmsalı 100%-dən aşağı olduqda əmsal sistem əhəmiyyətli banklar tərəfindən Qaydanın qüvvəyə mindiyi gündən 18 ay ərzində, digər banklar tərəfindən isə 24 ay ərzində 100%-ə çatdırılmalıdır.
“Sözügedən Qaydanın tətbiqi bank sektorunda risk idarəetmə potensialının gücləndirilməsini, potensial stress şəraitində likvidlik mövqeyinin daha düzgün proqnozlaşdırılmasını və bununla öz dayanıqlılığının daha effektiv qorunmasını təmin edəcək”, - deyə AMB vurğulayır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət