“Bakı Metropoliteni” QSC şərti adı “B-04” olan Bənövşəyi xəttin 5-ci stansiyasını 2025-ci ilin birinci yarısında istifadəyə verməyi planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu qurumun sədr müavini Hidayət Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.
“Bu gün metropolitenin bir stansiyası inşa olunur. Bu, Cəlil Məmmədquluzadə küçəsində yerləşən şərti adı “B-04” olan Bənövşəyi xəttin 5-ci stansiyasıdır. Onun ən geci 2025-ci ilin birinci yarısında istifadəyə hazır olması üzərində iş gedir”, - deyə o bildirib.
Xəbər verildiyi kimi, “B-04” stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə yerləşəcək.
Stansiyanın dərinliyi 29-32 metr, stansiya kompleksinin ümumi uzunluğu 170 metr təşkil edəcək. Kompleks 4 səviyyədən ibarət olacaq. Yuxarı səviyyədə kassa zalı və vestibül, aşağı (dördüncü) səviyyədə isə qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalı yerləşəcək. Platforma Bənövşəyi xəttin digər stansiyaları kimi 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Platformanın uzunluğu 144 metr təşkil edəcək. Stansiyanın 4 giriş-çıxışı olacaq.
Konseptual inkişaf sxeminə görə, gələcəkdə inşası nəzərdə tutulmuş və Binəqədi qəsəbəsi ilə Bibiheybət qəsəbəsini birləşdirəcək Sarı xəttin şərti adı “S-06” stansiyasına keçmək “B-04” stansiyasından mümkün olacaq.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 27 stansiyadan ibarətdir. Bakı Metropolitenində sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət