Azərbaycan hökuməti SOCAR-ın 2024-cü ilin dövlət büdcəsinə dividend ödənişlərini 408 milyon manat məbləğində nəzərdə tutub.
“İnterfaks-Azərbaycan” agentliyi Maliyyə Nazirliyinin materiallarına istinadən xəbər verir ki, 2023-cü ilin dövlət büdcəsində SOCAR-ın dividend ödənişləri 200 milyon manat məbləğində nəzərdə tutulub. Beləliklə, Dövlət Neft Şirkəti gələn il dövlət büdcəsinə dividend ödənişlərini 2,04 dəfə artıracaq.
Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə SOCAR-ın dövlət büdcəsinə vergi və dividend ödənişləri 2 milyard 408 milyon manat (2023-cü ilin göstəricisindən 9,5% çox – İF), o cümlədən vergi ödənişləri 2 milyard manat məbləğində (2023-cü ildəki səviyyədə - İF) nəzərdə tutulub.
Xəbər verildiyi kimi, SOCAR 2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 1 milyard 494,4 milyon manat məbləğində vergi (dividend nəzərə alınmadan – İF) ödəyib.
2022-ci ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 2 milyard 12,734 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 76,3% çoxdur.
Noyabrın 1-nə ABŞ dollarının məzənnəsi 1,7 manat təşkil edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət