2023-cü ilin yanvar-sentaybr aylarında “BTC Co” şirkətinin (Bakı-Tbilisi-Ceyhan - BTC neft kəmərinin tikintisi və istismarı üzrə operator) BTC layihəsi üzrə xərcləri ötən ilin analoji dövrü ilə müqayisədə 22% - $111 milyona qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BTC Co” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Bu dövrdə boru kəmərinin fəaliyyəti üçün əməliyyat xərcləri $86 milyon (artım 16,2%), əsaslı xərclər $25 milyon (artım 47,1%) təşkil edib”, - şirkətin nümayəndəsi qeyd edib.
BTC neft kəmərinin istismara verildiyi 2006-cı il iyunun 4-dən 2023-cü ilin III rübün sonunadək Ceyhan limanından 5,482 min tanker yüklənib və BTC kəməri ilə dünya bazarına 554 milyon tondan çox neft və kondensat (4,2 milyard bareldən çox) göndərilib.
2023-cü ilin 9 ayı ərzində BTC neft kəməri ilə 23 milyon ton neft və kondensat (təqribən 171 milyon barel) nəql edilib, Ceyhan limanından 238 tanker yola salınıb.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “MOL” (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və ONGC (2,36%) şirkətləridir.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstan, 1077 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon barel neft təşkil edir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət