2023-cü il iyulun 1-nə Azərbaycanın xalis maliyyə aktivlərinin məbləği 83 milyard 129,4 milyon manat (1 sentyabr 2022-ci il tarixinə 65 milyard 353,5 milyon manat), 10 ay ərzində artım 27,2% təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu qiymətləndirmə Hesablama Palatasının 2024-cü il dövlət büdcəsinin layihəsinə dair rəyində öz əksini tapıb.
Hesablama Palatası qeyd edir ki, 1 iyul 2023-cü il tarixinə xalis maliyyə aktivlərinin ÜDM-ə nisbəti 70% ətrafındadır ki, bu da dünya üzrə yaxşı göstəricilərdəndir.
Xalis maliyyə aktivlərinin strukturunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin qalığı 93 milyard 355,3 milyon manat (2022-ci il sentyabrın 1-nə 78 milyard 888,5 milyon manat) təşkil edir.
Bundan başqa, 2023-cü il iyulun 1-nə vahid xəzinə hesabının qalığı 5 milyard 849,3 milyon manat (01.09.2022-ci il tarixinə 3 milyard 446 milyon manat), vahid xəzinə hesabının idarəetməyə verilmiş vəsaitləri 3 milyard 112,2 milyon manat məbləğində (2 milyard 636,7 milyon manat) qiymətləndirilir.
Daha 75,8 milyon manat digər vəsaitlərin payına düşür.
İyulun 1-nə Azərbaycanın dövlət borcu 16 milyard 151 milyon manat məbləğində (01.09.2022-ci il tarixinə 16 milyard 997,3 milyon manat) qiymətləndirilir ki, bu da xalis maliyyə aktivlərinin həcmini bir qədər azaldır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət