Azərbaycan hökuməti 2024-cü ildə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC üzrə dövlət büdcəsinə dividend ödənişlərini 150 milyon manat məbləğində proqnozlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu qiymətləndirmə Hesablama Palatasının 2024-cü il dövlət büdcəsinin layihəsinə dair rəyində öz əksini tapıb.
2022-ci ildə ABB-dən alınan dividendlər üzrə dövlət büdcəsinin gəlirləri 120,5 milyon manat təşkil edib.
“2023-cü il üçün proqnoz 100 milyon manat təşkil edib, bank isə faktiki olaraq 150,9 milyon manat ödəyib. 2024-cü ildə ABB üzrə dövlət büdcəsinə dividend ödənişləri 150 milyon manat məbləğində proqnozlaşdırılır”, - deyə Hesablama Palatasından bildirilib.
ABB 2023-cü ilin 9 ayını 250 milyon 865,6 min manat məbləğində xalis mənfəətlə başa vurub (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 19,5% - İF).
ABB 2022-ci ildə dividend ödənişinə 125 milyon manat ($73,5 milyon), 2023-cü ildə 156,6 milyon manat ($92,1 milyon) yönəldib.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. ABB-nin kapitalında dövlətin payı 96,37%, o cümlədən Maliyyə Nazirliyinin payı 92,56% təşkil edir. Bankın səhmdarları 17 hüquqi və 1780 fiziki şəxsdir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət