Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərin küçə, prospekt və parklarında əsaslı təmir və abadlıq işlərinin və işıqlandırma sistemlərinin əsaslı təmir işlərinin satın alınması haqqında 3 müqavilə bağlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, İstehsalat Birliyi “Vedi Construction” MMC, “ELVI.M.M. SERVICES GROUP” MMC və “Göygöl Tikinti” MMC ilə ümumi dəyəri 3 milyon 131 min 433,19 manat olan müqavilə bağlayıb.
“ELVI.M.M. SERVICES GROUP” MMC ilə bağlanmış 1 milyon 623 min 552,89 manat məbləğində müqavilə istirahət parklarında əsaslı təmir və abadlıq işlərinin satın alınmasını nəzərdə tutur. İşlər 31 mart 2024-cü ilə qədər yekunlaşdırılmalıdır.
“Vedi Construction” MMC ilə bağlanmış müqavilə Gəncə şəhərinin küçə və prospektlərində əsaslı təmir işlərinin satın alınmasını əhatə edir. Müqavilənin məbləği 897 min 240,78 manatdır. İşlər 31 dekabr 2024-cü ilə qədər başa çatdırılmalıdır.
“Göygöl Tikinti” MMC ilə bağlanmış 610 min 639,52 manat məbləğində müqavilədə Gəncə şəhər ərazisində işıqlandırma sistemlərinin əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulur. İşlər 31 dekabr 2023-cü il tarixinədək yekunlaşdırılmalıdır.*
N.Abbasova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət