Azərbaycan hökuməti 2024-cü ildə 230 investisiya layihəsinin reallaşdırılmasına 2 milyard 239,5 milyon manat ayıracaq.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, bu layihələrin ümumi dəyəri 23 milyard 594,1 milyon manat həcmində qiymətləndirilir.
2024-cü ildə 201 layihənin reallaşdırılmasının davam etməsinə 2 milyard 84,1 milyon manat, daha 155,4 milyon manat – 29 yeni layihəyə ayrılacaq.
“2024-cü ildə 1 milyard 854 milyon manat dəyərində 110 layihənin tamamlanması planlaşdırılır. Onların sona çatması üçün 2024-cü ildə 484,8 milyon manat ayrılacaq”, - “İnterfaks-Azərbaycan” Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyindən məlumatlar gətirir.
Bütövlükdə, 2024-cü ildə 109 infrastruktur layihənin reallaşdırılmasına 1 milyard 783,5 milyon manat, 98 sosial layiyə - 348,1 milyon manat, müdafiə və hüquq-mühafizə orqanları sahəsində 15 layihəyə - 38,5 milyon manat ayırmaq planlaşdırılır, qalanı digər layihələrin payına düşür.
Bundan başqa, 2024-cü ildə layihələrin icrasına 243,4 milyon manat ümumi məbləğdə xarici kreditlər cəlb etmək planlaşdırılır. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət