Hesablama Palatası Azərbaycan hökumətinə mənfəətlə işləyən bir sıra dövlət şirkətlərindən dividend almağı tövsiyyə edir.
“İnterfaks-Azərbaycan”ın əldə etdiyi Hesablama Palatasının materillarına əsasən, xüsusilə söhbət "AzərTürk Bank" QSC, "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) və "AzerGold" QSC-dən gedir.
Palatanın qiymətləndirmələrinə görə, bu üç təşkilat mənfəətlə işləyir və dividend ödənişi üçün potensiala malikdir. Xüsusilə, 1 yanvar 2023-cü il tarixinə "AzərTürk Bank" QSC 14,7 milyon manat məbləğində bölüşdürülməmiş mənfəətə malikdir.
Palata qeyd edir ki, 2023-cü ildə Azərbaycan hökuməti ASCO-dan 15 milyon manat, “AzerGold”dan – 5 milyon manat dividend əldə etəyi planlaşdırıb. Lakin, cari ilin 8 ayının yekunları üzrə ər iki dövlət şirkəti dövlətə dividend ödəməyib.
Hesablama Palatası vurğulayır ki, 2024-cü ildə Azərbaycan hökuməti dövlət şirkətərindən 558,2 milyon manat ümumi məbləğdə dividend əldə etməyi ümid edir, bunun 408 milyon manatı SOCAR, 150 milyon manatı – “Azərbaycan Beynəlxalq Bankı” ASC ödəyəcək.
2022-ci ildə dövlət şirkətləri dövlət büdcəsinə 130,7 milyon manat ümumi məbləğdə dividend ödəyib. 2023-cü il üçün proqnoz 321,3 milyon manat (2023-cü ilin 8 ayı ərzində 151,1 milyon manat ödənilib) təşkil edir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət