Heydər Əliyev Beynəlxalq Aeroportu parklanma üçün rahat ödəniş üsullarını təmin edən innovativ xidmət təqdim edir.
“Artıq parkinq haqqını həm ödəniş terminallarında, həm də onlayn şəkildə ödəmək mümkündür. Bunun üçün ziyarətçilər avtomobillərini tərk etmədən mobil cihazları vasitəsilə “Tezödə” və “AzParking” platformalarından istifadə edə bilərlər”, - deyə hava limanından bildirilib.
Həmçinin parklanma üçün ödənişi hava limanında yerləşən ödəniş terminallarında nağd və nağdsız (bank kartları ilə) həyata keçirmək mümkündür.
“Hava limanına giriş/çıxışda plastik kartlardan istifadə ləğv edilib və əvəzində nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının avtomatik tanınması sistemi tətbiq edilib. Bu isə prosesi rahat və sürətli edərək sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır”, - deyə məlumatda qeyd olunur.
Bununla yanaşı, ərazinin ziyarətçilər tərəfindən daha səmərəli istifadəsi üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun inkişaf strategiyası çərçivəsində perspektivdə parklanma zonasının genişləndirilməsi və əlavə yerlərin tikintisi nəzərdə tutulub.
Məlumatda bildirilir ki, istifadəçilərin əksəriyyətini nəqliyyat vasitələrini qısamüddətli – 2 saata qədər park edənlərin təşkil etdiyini və hazırda dayanacaq yerlərinin məhdudluğunu nəzərə alaraq Bakı hava limanı prioritet olan qısamüddətli istifadəçilər üçün daha çox parklanma yerlərinin təmin olunmasına çalışır. Buna əsasən yalnız uzunmüddətli park edilmiş nəqliyyat vasitələri üçün 07.11.2023-cü il tarixindən tariflərə dəyişikliklər edilir, lakin qısamüddətli istifadəçilər üçün tariflər dəyişməz olaraq qalır.
Hava limanı xatırladır ki, ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb edilmir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət