ABŞ Qəzza zolağının İsrail tərəfindən təkrar işğal edilməsini, fələstinlilərin məcburi köçürülməsini və zolağın ərazisinin azaldılmasını qəbul etməyəcək. Bu barədə bazar günü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib.
«Amerikanın mövqeyi aydındır: Qəzzanın yenidən işğalı, Qəzza ərazisinin azalması, fələstinlilərin zorla köçürürlməsi qəbuledilməzdir», - Sullivan ABC News-a müsahibəsində bildirib
Eyni zamanda, o vurğulayıb ki, «Qəzzanın İsrailə və ya başqa ölkəyə terror hücumları törətmək üçün bazaya çevrilməsinə yol verilməməlidir».
CNN-ə verdiyi müsahibədə Sallivan bildirib ki, eyni zamanda İsrail Qəzzadakı mülki şəxslər arasında itkilərin qarşısını almaq üçün hərbi əməliyyatlarda diqqətlə hərəkət etməlidir.
Qəzzadakı xəstəxanalardakı vəziyyəti şərh edən müşavir deyib ki, Fələstinin HƏMAS qruplaşması «onları canlı qalxan kimi istifadə edir». «Buna baxmayaraq, biz xəstəxanalarda döyüş istəmirik, atışmada günahsız, xəstə, yaralı pasiyentlərin yaralanmasını və ya öldürülməsini istəmirik», - o vurğulayıb.
Sallivan məlumat verib ki, hazırda İsrail, ABŞ, Qətər, Misir və digər ölkələrin iştirakı ilə anklavdan, o cümlədən Amerika vətəndaşlığı olan girovların azad edilməsinə dair danışıqlar aparılır. O qeyd edib ki, doqquz amerikalı və Qəzzada saxlanılan bir qrin kartı sahibi itkin düşmüş hesab olunurlar.
«Biz bütün şəxsləri təhlükəsiz şəkildə oradan çıxarmağa çalışırıq, biz onların ailələri ilə sıx əlaqə saxlayırıq», - ABŞ prezidentinin müşaviri əlavə edib. **
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət