Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa və Şimali Makedoniyada səfərdə olub.
“Səfərdə məqsəd ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etmək, aqrar sahənin müxtəlif istiqamətləri üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək olub”, - deyə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
M.Məmmədov Polşanın kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Robert Telus ilə görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib. Bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu vurğulanıb.
“Tərəflər qeyd ediblər ki, mövcud potensialı düzgün dəyərləndirməklə iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq mümkündür. Görüşdə aqrar sahədə elmi tədqiqatlar, təhsil, mütəxəssis hazırlığı, torpaqların konsolidasiyası, aqrar innovasiyalar, kənd təsərrüfatının rəqəmsallaşdırılması və digər mövzularda səmərəli müzakirələr aparılıb, kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair işçi qrupunun yaradılması barədə razılıq əldə olunub”, - deyə məlumatda qeyd ounur.
M.Məmmədov Şimali Makedoniya Respublikasına səfər çərçivəsində bu ölkənin kənd təsərrüfatı, meşə və su ehtiyatları naziri Lyubço Nikolovski ilə görüşüb.
“Tərəflər ölkələrimiz arasında aqrar sahədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşün sonunda Azərbaycanla Şimali Makedoniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq memorandumu imzalanıb”, - deyə məlumatda bildirilir.
Memorandum iki ölkə arasında aqrar sahəyə dair birgə işçi qrupunun yaradılmasını, bitkiçilik, heyvandarlıq, aqrar təhsil, mütəxəssis hazırlığı, torpaqların konsolidasiyası və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət