Hazırda Azərbaycan İnvestisiya Holdinqinə daxil olan iri dövlət şirkətlərinin əksəriyyəti dividend ödəmək qabiliyyətinə malikdir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
“Hazırda Azərbaycan İnvestisiya Holdinqinə daxil olan 12 şirkətdən 8-i dividend ödəmək qabiliyyətinə malikdir”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, gələn il SOCAR üzrə dövlət büdcəsinə dividend ödənişinin artacağı nəzərdə tutulub.
Cabbarov əlavə edib ki, 2022-ci ildə Azərbaycan İnvestisiya Holdinqinə daxil olan dövlət şirkətləri və müəssisələri 15 milyard manatdan çox əməliyyat mənfəəti əldə edib.
Xəbər verildiyi kimi, 2023-cü ildə SOCAR üzrə dövlət büdcəsinə dividend ödənişləri 200 milyon manat, 2024-cü ildə 408 milyon manat məbləğində nəzərdə tutulub. Bundan başqa, Azərbaycan hökuməti 2024-cü ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən dövlət büdcəsinə dividend ödənişini 150 milyon manat məbləğində gözləyir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət