2023-cü ilin oktyabr ayında Azərbaycanda inflyasiya sentyabr ayında qeydə alınmış 0,3% səviyyəsində inflyasiyaya qarşı 0,4% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Oktyabrda respublikada inflyasiya 0,4% təşkil edib. Ərzaq məhsulları və içkilərin qiymətləri 0,8%, qeyri-ərzaq mallarının qiymətləri 0,1% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri dəyişməyib”, - deyə məlumatda bildirilir.
2022-ci ilin oktyabr ayı ilə müqayisədə 2023-cü ilin müvafiq dövründə inflyasiya 3,9% təşkil edib. Cari ilin oktyabr ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 3,1%, qeyri-ərzaq malları 4,7%, xidmətlər 4,5% bahalaşıb.
Statistik məlumatlara görə, oktyabrda ət və ət məhsulları 0,3%, balıq və balıq məhsulları 0,3%, süd və süd məhsulları 0,2%, yumurta 8,7%, tərəvəz 6,5%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,3%, spirtli içkilər 0,1% bahalaşıb.
Oktyabrda çörək, çörək məmulatları və yarmalar 0,2%, kərə və bitki yağları 0,4%, meyvələr 2,4% ucuzlaşıb.
Oktyabrda şəkər, cem, bal, şokolad və konfetlər, çay, qəhvə, kakao və tütün məmulatlarının qiymətlərində inflyasiya qeydə alınmayıb.
2023-cü il oktyabr ayının sonuna Azərbaycanda orta illik inflyasiya 10,2% (sentyabr ayının sonuna 10,9%) təşkil edib. Ərzaq malları üzrə orta illik inflyasiya 11,4%, qeyri-ərzaq malları üzrə 9,5%, xidmətlər üzrə 9,1% səviyyəsində olub.
İqtisadiyyat Nazirliyinin yenilənmiş proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 9,5% təşkil edəcək.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət