2023-cü ilin yanvar-oktyabr aylarında Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlara 127 milyon manat güzəştli kredit verilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
“Ümumi dəyəri 294 milyon manatdan çox olan 2,4 min layihəyə kredit verilib”, - deyə o bildirib.
Nazir əlavə edib ki, verilmiş kreditlərin 97%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.
Cabbarov vurğulayıb ki, bu il yerli istehsalın maya dəyərinin aşağı salınması, ixrac potensialının və istehsal olunan malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədilə yerli istehsalı olmayan və istehsal prosesində istifadə olunan 300-ə yaxın aralıq mallar idxal gömrük rüsumlarından azad edilib. Bundan başqa, Türkiyə ilə preferensial ticarət sazişinin əhatə dairəsi genişləndirilib.
Xəbər verildiyi kimi, 2023-cü ildə SİF-in xətti ilə sahibkarlara 150 milyon manat məbləğində güzəştli kreditin verilməsi planlaşdırılır.
2022-ci ildə sahibkarlara 145,9 milyon manat güzəştli kredit verilib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət