“Azəralüminium” MMC və Koreyanın “Institute for Advanced Engineering” şirkəti alüminium sənayesi sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib. Bu barədə “Azərbaycan Sənaye Korporasiyası” ASC-dən məlumat verilib.
“Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) Bakı ofisi Azərbaycanla Koreya arasında ticari əlaqələri təşviq edir və Koreya şirkətlərinin Azərbaycana birbaşa sərmayə yatırmalarına dəstək olur. Bu istiqamətdə KOTRA-nın dəstəyi ilə Koreya Respublikasının “Institute for Advanced Engineering” qurumu və “Lemon Metal Inc.” şirkəti Azərbaycan bazarına daxil olub. Bu əməkdaşlıq nəticəsində Koreyanın “Institute for Advanced Engineering” qurumu və “Lemon Metal Inc.” şirkəti ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin rəhbər heyəti arasında görüş keçirilib”, - deyə məlumatda bildirilir.
Görüş zamanı alüminium sənayesinin inkişafı üzrə əməkdaşlıq perspektivləri və birgə layihələrin icrası ilə bağlı müzakirələr aparılıb.
Görüşün sonunda “Azəralüminium” MMC və “Institute for Advanced Engineering” arasında alüminium ərintilərinin istehsalı, tədqiqat mərkəzlərinin yaradılması və digər əməkdaşlıq sahələrini əhatə edən Anlaşma Memorandumu imzalanıb.
Görüşün sonunda noyabrın 14-də nümayəndə heyətinin Gəncə Alüminium Kompleksinə səfəri və burada istehsal prosesi ilə tanış olması da razılaşdırılıb.
“Institute for Advanced Engineering” Koreyanın istehsal texnologiyaları üzrə elmi araşdırmalar aparan önəmli təşkilatlarından biridir. Alüminium materialların, əsasən də alüminium ərintilərinin xüsusi növlərinin istehsalı üzrə ixtisaslaşan “Lemon Metal Inc.” şirkəti “Nedec Co.Ltd” şirkətinin tərkibindədir və avtomobil, enerji, telekommunikasiya, informasiya texnologiyaları üzrə sənaye sahələrinə qlobal səviyyədə məhsullar təqdim edir.
“Azəralüminium” MMC boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külçə və rulon şəklində) məhsullarının istehsalı ilə məşğul olan əlvan metallurgiya müəssisələrini özündə birləşdirir.
Prezident İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 milyon manat təşkil edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət