“Abrau-Durso”ya məxsus olan “Şəki Şərab” şərab zavodu Azərbaycan hökumətindən “Ağdam” portveyni ticarət nişanından istifadə hüququ əldə edib. Bu barədə Rusiya şirkətinin məlumatında deyilir.
“Beləliklə, bu günə yalnız “Şəki Şərab”ın məhsulu əsl “Ağdam” adlana bilər”, - “İnterfaks-Azərbaycan” şirkətin məlumatına istinad edir.
“Ağdam” dövlətə məxsus olan Azərbaycanın milli nişanları sırasına daxildir. AZPROMO-nun səlahiyyətli nümayəndələri sənədlərlə təsdiq ediblər ki, «Şəki Şərab» şərab zavodu öz könhə çaxırı üçün «Ağdam» brendindən istifadə etmək hüququ əldə edib. «Verilmiş lisenziya istehsal olunan məhsulun orijinallığını təsdiqləyir və Rusiya da daxil olmaqla bütün bazarlarda təmsil edilmə hüququ verir», - press-relizdə dəqiqləşdirilib.
“Ağdam” “Abram-Druso”nun ekspertlərinin rəhbərliyi altında “Şəki Şərab” şərab zavodunda bərpa olunub.
“Abrau-Durso” Şirkətlər Qrupu 2021-ci ildə Şəki rayonunda “Şəki Şərab” MMC-ni alıb. O, məşhur regionda - Alazan vadisində yerləşir. Şərab zavodu üzümün yerli növlərinin əkinini artırır, sakit və köpüklü şərab istehsalının bütün mərhələlərini modernləşdirir, turizm infrastrukturunu genişləndirir. İstehsal olunan şərabların hamısı nəinki ölkə ərazisində satılır, həm də Rusiyaya ixrac olunur. Hazırda mövcud olan üzüm bağlarının ümumi sahəsi 100 hektar təşkil edir, gələcəkdə əlavə olaraq 300 hektar sahədə də üzüm bağlarının salınması nəzərdə tutulur.Şəki rayonunda şərab zavodunun bilavasitə yaxınlığında yerləşən 30 hektarlıq ikinci sahədə Azərbaycanın “mədrəsə” və “bayanşirə” adlı məşhur üzüm sortlarının əkilməsi planlaşdırılır.
“Şəki Şərab”ın “Ağdam”ın ilk rəsmi istehsalçısı olmasından qürurluyuq. İndi “Abrau-Durso”nun köməyi ilə orijinal “Ağdam”ı Rusiya bazarında da təmsil etmək imkanımız var”, - press-relizdə “Şəki Şərab”ın direktoru Vidadi Həsənovun sözlərindən sitat gətirilir.
“Abrau-Durso” RF-də köpüklənən şərabların aparıcı istehsalçısıdır, portfelini sakit şərablar, araq və digər içkilərin hesabına genişləndirir. 2022-ci ildə şirkət 54,1 milyon şüşə spirtli və spirtsiz məhsullar satılıb, bu da 2021-ci ilin göstəricisindən 18,1% çoxdur.
Şirkət biznes ombudsmanı Boris Titovun ailəsinə məxsusdur. **
A.Hüseynova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət