Cümə axşamı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertlə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” Nazirlər Kabientinə istinadən məlumat verib.
Görüşdə Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin hərtərəfli inkişafı, xüsusilə iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi qeyd olunub.
Bildirilib ki, ötən dövrdə ticarət axını üzrə effektiv nəzarət sisteminin qurulması sahəsində bir sıra ciddi vəzifələrin konstruktiv həlli ilə əlamətdar olub ki, bu da qarşılıqlı ticarətin artmasına imkan verib.
“Cari ilin 10 ayı ərzində qarşılıqlı ticarətin həcminin 20%-dən çox artması müsbət qiymətləndirilib. Məmnunluqla qeyd edilib ki, 2023-cü ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları və onların emalı məhsullarının ixracı 2022-ci illə müqayisədə dəyər ifadəsində 15%-dən çox artıb”, - məlumatda qeyd olunur.
Bundan başqa, Əsədov və Dankvert qarşılıqlı tədarük zamanı nəzarət proseslərinin optimallaşdırılması üzrə birgə addımlar müsbət qiymətləndiriblər.
Xüsusilə, tərəflər Azərbaycandan Rusiyaya bir sıra kənd təsərrüfatı məhsullarının idxalına girişdə nəzarət prosedurlarının sadələşdirilməsinə dair razılaşmanı alqışlayıblar.
“Bu, ötən illərlə müqayisədə cari ildə Rusiyaya ixrac edilən məhsullarda aşkarlanan zərərvericilərin sayının xeyli azalmasına gətirib çıxaran birgə tədbirlər sayəsində mümkün olub”, - Nazirlər Kabineti məlumat verir.
Tərəflər hər iki ölkədə nəzarət sisteminin ekvivalentliyinin tanınması prosesində əldə olunan irəliləyişdən məmnunluq ifadə ediblər.
Görüşdə, həmçinin heyvanlarda transsərhəd xəstəliklərlə mübarizə və onların profilaktikası üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
“Əsədov və Dankvert Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə “Rosselxoznadzor” arasında heyvanlarda transsərhəd xəstəliklərlə mübarizə üzrə birgə tədbirlərə dair Protokolun imzalanmasının əhəmiyyətini qeyd ediblər”, - məlumatda qeyd olunur.
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət